​Qənirə Paşayeva dəfn edildi - VİDEO - FOTO /YENİLƏNİB

​Qənirə Paşayeva dəfn edildi
11:24 29.09.2023
219 Toplum
A- A+

Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.

Sulh.info.az  Trend-ə istinadən xəbər verir ki, əvvəlcə mərhumla Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

***

Ötən gecə vəfat edən millət vəkili Qənirə Paşayeva dəfn edilir.

Sulh.info.az  Trend-ə istinadən xəbər verir ki, Heydər Məscidində mərhumla vida mərasimindən onun nəşi İkinci Fəxri xiyabana gətirilib

Hazırda Qənirə Paşayeva Il Fəxri Xiyabanda son mənzilə yola salınır. Dəfn mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

***

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

 Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

***

Xəbər verdiyimiz kimi, ötən gecə millət vəkili Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Sulh.info.az Trend-ə istinadən xəbər verir ki, hazırda mərhumla Heydər Məscidində vida mərasimi keçirilir.

Vida mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.