​Sinan Oğan Qənirə Paşayevadan yazdı

​Sinan Oğan Qənirə Paşayevadan yazdı
11:15 29.09.2023
139 Ölkə
A- A+

Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan Qənirə Paşayevanın vəfatı ilə bağlı dərin kədərini ifadə edib.

Sulh.info.az metbuat.az-a istinadən xəbər verir ki, "X" hesabında bu barədə yazan Oğan bildirib ki, Qənirə Paşayevanın türk dünyası üçün xidmətləri böyükdür.

"Təəssüf ki, azərbaycanlı millət vəkili Qənirə Paşayeva müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət etsin, yaxınlarına başsağlığı verirəm. Onun türk dünyasına xidmətləri heç vaxt unudulmayacaq".

Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!