​“Özbəkistanın şahzadəsi”nə yeni ittiham irəli sürüldü - İslam Kərimovun qızı nədə günahlandırılır?

​“Özbəkistanın şahzadəsi”nə yeni ittiham irəli sürüldü
11:50 29.09.2023
131 Siyasət
A- A+

1996-cı ildən Özbəkistanı idarə edən Prezident İslam Kərimovun qızı Gülnarə Kərimova haqqında yeni ittihamlar səslənib.

 İsveçrə hakimiyyəti 2019-cu ildən Özbəkistanda həbsdə olan 51 yaşlı Gülnarə Kərimovanın Özbəkistandan milyonlarla dollar oğurladığını, dünyanın müxtəlif ölkələrində menecer və məmurlara rüşvət verdiyini iddia edib.

 

Kərimovanın milyonlarla dollar pulu yuyan beynəlxalq cinayət təşkilatını idarə etdiyi də qeydə alınıb.

Kərimova ötən illərdə diplomat işlədiyi üçün onun toxunulmazlığı olub.

İsveçrədəki bəzi şirkətlər və bank hesabları vasitəsilə çirkli pulları yuduğu deyilən Kərimovanın təşkilatında "The Office” kimi tanınan 100-dən çox şirkətin olduğu da məlum olub.

 

Britaniyanın Financial Times qəzetinin xəbərində həmçinin 2010-cu ildə İsveçrədə çökən Ofisin mərkəzi qərargahının Zeromaks olduğu iddia edilib.

 

Qeyd olunub ki, "E&Y” adlı audit şirkəti "Zeromax”ın hesablarını araşdırıb və "Zeromax” E&Y-yə qarşı iddia qaldırdıqdan sonra bütün məlumatlar açıqlanıb. Qeydlər göstərir ki, zərgərlik məmulatlarına, dəbdəbəli tibbi müalicələrə və şirkətin Özbəkistanda təbii sərvətlər və tikinti biznesləri üçün holdinq kimi rəsmi fəaliyyətinə aidiyyatı olmayan mülklərə milyonlarla dollar xərclənib.

Dəbdəbəli həyat tərzinə görə vaxtilə "Özbəkistanın şahzadəsi” adlandırılan Kərimovaya qarşı hazırlanan ittihamnamədə İsveçrənin ən tanınmış özəl banklarından biri olan Lombard Odier-ə qarşı cinayət istintaqının "davam etdiyi” bildirilir.

 

Kərimovanın İsveçrədəki vəkili ittihamları təkzib edib.

Qeyd edək ki, Kərimova 2013-cü ildə Mərkəzi Asiya ölkəsində baş verən siyasi dəyişikliklərdən sonra ev dustaqlığına çıxarılıb və yenidən 2017-ci ildə öz ölkəsində mənimsəmədə təqsirli bilinib.

Bundan sonra vəkilləri Kərimovanın işgəncələrə məruz qaldığını və onun əsas hüquqlarından məhrum edildiyini bildiriblər./azxeber.com