​Fransalı nazirdən Ermənistanla bağlı İLGİNC İDDİA

​Fransalı nazirdən Ermənistanla bağlı
14:41 02.10.2023
137 Siyasət
A- A+

Fransanın müdafiə naziri Sebastyan Lekornu ölkəsinin hərbi müdaxilə yolu ilə Ermənistanın ərazi bütövlüyünü qoruya biləcəyinə inanmadığını bildirib. Eyni zamanda Lekornu Parisin İrəvanın müdafiə ehtiyaclarını araşdırdığını söyləyib.

Bu barədə o, “Franceinfo” portalına müsahibəsində danışıb.

“Prezident Fransa və Ermənistanı sevən fransızlar üçün vacib olan bu məsələni şəxsən izləyir. Prezident Makron Ermənistanın ərazi bütövlüyü, suverenliyi və erməni xalqının müdafiəsinin Fransanın mütləq məqsədi olduğunu artıq bəyan edib”, - deyə Lekornu qeyd edib.

Fransa müdafiə naziri erməni həmkarı ilə çoxlu görüşlər keçirdiyini xatırladıb.

“Biz Ermənistanda indiyədək mövcud olmayan və yerli hakimiyyətlə gündəlik dialoqa imkan verən müdafiə missiyası açmışıq. Bu, xüsusilə lazım gələrsə, onların müdafiə və təhlükəsizlik ehtiyaclarının öyrənilməsi üçün lazımdır”, - deyə Fransa rəsmisi bildirib.

Lekornu Fransanın bölgədə hərbi müdaxiləyə əl ata biləcəyi versiyası barədə suala belə cavab verib: “Fransa hərbi müdaxilə edə bilərmi? Mən belə düşünmürəm. Aydındır ki, bu suala prezident və silahlı qüvvələrin rəhbəri cavab verməlidir. Lakin biz Ermənistanın özünü müdafiə etməsi ilə bağlı İrəvandan gələn tələbləri nəzərə alırıq”.