“Zəngəzur dəhlizinin açılması 10 noyabr bəyanatı çərçivəsində razılaşdırılıb”.
Bunu Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi, general Movses Akopyan deyib.
General Türkiyə və Azərbaycanın Ermənistanın dəhlizin açılması ilə bağlı öhdəlik götürməsi ilə bağlı verdiyi bəyanatların təsadüfi olmadığını söyləyib. O, Ankara və Bakının mesajlarının 10 noyabr bəyanatına əsaslandığını bildirib.
“10 noyabr sənədi ağ-qara yazılıb, siyasətlə məşğul olan hər kəs oxuyub başa düşməlidir. Sənəddə hər şey yazılıb, kim siyasətdən az-çox başa düşürsə, oxusun və o məqamların nə ilə nəticələnəcəyini anlasın”, - Akopyan əlavə edib.
General Ermənistanın yenidən Qarabağı işğal edəcəyi ehtimalı ilə bağlı isə belə deyib: “Mən xəyallarla yaşamıram”.
Akopyan Qarabağ məsələsinin artıq bitdiyini vurğulayıb. (Teleqraf.com)