Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
Roma Statutunun ratifikasiyası məsələsi 60 səs lehinə, 22 səs əleyhinə olmaqla, bitərəf qalmamaqla qəbul edilib.
Müxalifət fraksiyaları olan “Ermənistan” və “Mənim Şərəfim” əleyhinə səs verib.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qiyabi həbs qərarı çıxarıb. Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin bu ölkə ərazisinə səfəri mümkün olmayacaq.
Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq. Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib./News24.az