​TƏCİLİ! Silahlılar bölgədən çəkilir - Rəsmən elan etdilər

​TƏCİLİ! Silahlılar bölgədən çəkilir
12:00 04.10.2023
128 Siyasət
A- A+

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında Serbiyanın "Kosovo sərhədində kütləvi hərbi birləşməsini azaltmağa başladığını, bunun müsbət addım olduğunu" bildirib.

Serb əsgərlərinin Kosovo sərhədindən uzaqlaşmasının "regional gərginliyin azaldılmasında" təsirli olacağını deyən Kirbi bölgədəki ABŞ əsgərlərinin sayında dəyişiklik olacağını gözləmədiyini bildirib.

Xatırladaq ki, Con Kirbi keçən həftə qabaqcıl artilleriya, tanklar və mexanikləşdirilmiş piyada birləşmələrinin daxil olduğu “görünməmiş” hərbi yerləşdirmədən narahatlığını ifadə etmişdi.

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel də mətbuat konfransında açıqlama verib. "Biz Serbiyanın gərginliyi azaltma addımlarını, o cümlədən qüvvələrini tarixi normalara və ya bu səviyyədən aşağı geri çəkməsini gözləyirik" - o deyib.

Patel sentyabrın 29-dan etibarən bəzi hərbi qüvvələrin Kosovo sərhədindən geri çəkildiyini müşahidə etdiklərini bildirib.

Qeyd edək ki, Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də, əsasən, serblərin yaşadığı Banjskada yolu bağlayan silahlı serblərin atəş açması və nəticədə bir polisin ölməsi faktı ilə yenidən alovlanıb. Kosovo Baş naziri Albin Kurti, təxminən 30 nəfərlik ağır silahlı qrupun Kosovo polisinə hücum etdiyini və hadisəyə görə Serbiyanın məsuliyyət daşıdığını açıqlayıb. Banjska monastırı və ətrafına sığınan silahlı qrup Kosovo polisi tərəfindən mühasirəyə alınıb və gün ərzində bölgədə qarşıdurmalar davam edib. Serbiya prezidenti Aleksandr Vuçiç 1 Kosovo polisinin ölümü ilə nəticələnən insidentin Kosovo serbləri tərəfindən törədildiyini təsdiqləyib./musavat.com