Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın səhhətində qəfil problem yaranıb.
Bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, prezident soyuqladığına görə, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan 3-cü Avropa Siyasi Birliyinin Zirvə Toplantısına qatılmayacaq. Bundan əlavə, dövlət başçısının digər proqramları da ləğv edilib.