​Solovyov “Xankəndi” sözünü yazan redaktorunu cəzalandıracaq - VİDEO

​Solovyov “Xankəndi” sözünü yazan redaktorunu
14:27 04.10.2023
107 Dünya
A- A+

Azərbaycan əleyhinə təxribatçı çıxışları ilə tanınan Vladimir Solovyov "Stepanakert" əvəzinə Xankəndi yazmağa cəsarət edən teleqram kanalının redaktorlarını cəzalandıracağını vəd edib.

O bunu erməni bloger Mika Badalyanla söhbəti zamanı deyib. 

Belə ki, Solovyovun verilişində həmkarlar arasında dialoq zamanı erməni bloger çəkingən şəkildə sözügedən faktla bağlı ona narazılığını ifadə edib.

Solovyov isə redaktorları kimi ağıllı davranmağı seçməyib və erməni toponimlərindən istifadə etdiyini fəxrlə bildirib.

Hətta özünə bəraət qazandırarcasına “ola bilsin hansısa səhifənin paylaşımı kanala yönləndirilib” deyib.

Qeyd edək ki, bir çox teleqram kanalların da Solovyovun kanalında “Xankəndi” sözünü işlətməsini təəccüblə qarşılanmışdı.