​İlham Əliyev görüşdən niyə imtina etdi? - Şok təfərrüat

​İlham Əliyev görüşdən niyə imtina etdi?
15:13 04.10.2023
163 Siyasət
A- A+

Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyanın Qranada şəhərinə getməkdən imtina edib. Cənab Prezident İlham Əliyevin görüşdən imtina etməsinin səbəbi nə ola bilər? Görüşdə hansı mövzular müzakirə olunmalı idi? Görüşün baş tutmasının nəticələri nə ola bilər?

Politoloq Elxan Şahinoğlu Referans.az-a açıqlamasında bu sualları cavablandırıb. 

“Azərbaycan prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtinası doğru qərardır. Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər. Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər. Halbuki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı. Fransa prezidenti Emmanuel Makron masada oturmağa başladıqdan bu yana Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Şarl Mişelin Makronun təzyiqi ilə masa iştirakçılarının sayını artırması yanlış qərar idi. İlham Əliyevin “masada Fransa və Almaniya varsa Türkiyə də olmalıdır” tələbi yerindədir, təklifi qulaqardına vuracaqlarsa, Brüsselin vasitəçiliyi heçə enəcək. Qısacası, sülh sazişi ilk növbədə Ermənistana lazımdır, Azərbaycan Qarabağda qayda-qanun yaradır”.