​Xalq artisti: Xərçəngdən əməliyyat olundum, insult keçirtdim - VİDEO

​Xalq artisti:
16:49 04.10.2023
124 Maqazin
A- A+

Yay aylarında insult keçirən Xalq artisti Nisə Qasımova uzun müddətdən sonra yenidən efirə çıxıb. 

Sulh.info.az  bizim.media-ya istinadən bildirir ki, sənətkar qonaq olduğu "Rəngarəng səhər" verilişində səhhətindən söz açıb. 

Qasımova bildirib ki, keçirdiyi insultdan əvvəl xərçəngə yoluxubmuş: 

"Şəkər xəstəliyinə tutuldum. Daha sonra xərçəngə yoluxdum. Dərhal və təcili əməliyyat olundum. Və daha sonra insult keçirdim. Ailəm, oğlum, gəlinim yanımda idi.

Elə bil mənə hiss gəldi ki, sanki ölürəm. Qurani-Kərim kitabını tez yanıma gətirdilər. Başladım oradan kəlimələri oxumağa. Elə bildim ki, bədənimdə nə qan, nə su var. Dedim ki, axı mənə nə oldu. Evdəkilər gördülər ki, üzümdə deformasiya oldu. Beynim, huşum alt-üst oldu. 

Bundan sonra yenidən xəstəxanaya yerləşdirildim. Əlil arabasına əyləşdim, dilim tutuldu. 11 gün xəstəxanada qaldıqdan sonra evə gəldim. Ondan sonra səhhətimdə başqa problemlər yarandı".