​Azərbaycana qarşı böyük oyun: Bütün faktlar açılır - “Yaxın günlərdə...”

​Azərbaycana qarşı böyük oyun:
17:00 04.10.2023
133 Siyasət
A- A+

“Separatçıların həbs olunan liderləri ifadələrində bir çox məqamlara aydınlıq gətirə bilərlər”.

Bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

“Avropa Birliyi və tərəfdaş ölkələrin İspaniyanın Qranada şəhərində keçiriləcək görüşündə Azərbaycanın iştirakı yaxşı olardı, amma görünən odur ki, ortada imzalanacaq sənəd yoxdur, Ermənistan sülhə hazır deyil. O ölkənin “yeni başbilənlər”i Ermənistanı sülhə hazırlamayıblar.

Bundan başqa hamı anlamalıdır ki, Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə isə Türkiyə yoxdur. Bizim təhlükəsizlik və xarici siyasət komsepsiyamız artıq iç-içədir, bir-birini tamamlayır, vahid mövqedən çıxış etmək üçün tam konseptuallaşdırılıb. Burada emosiya yoxdur, sırf praqmatizmdir, Türkiyə-Azərbaycan tandemi konkret hədəflərə hesablanıb”, - partiya rəsmisi bildirib.

Natiq Cəfərli hərbi cinayətkarların həbs edilməsinə də toxunub:

“Azərbaycan dövləti terrorçuları, qondarma rejimin başçılarını həbs edərək, Bakıya gətirməsi tarixi hadisədir. Bu, böyük qələbənin iri addımlarından biridir, qürurvericidir. Məsələn, Araikin məhz Gəncə terrorunun ildönəmində həbs edilməsi dövlət ərakanına yaraşan hadisədir.

Məni başqa bir məsələ də maraqlandırır. Bütün bu həbs olunanlar illərdir Kremlin kuklaları, oyunçularıdır. İndi Bakıda “bülbül” kimi ötəcəklər. Məsələn, Araik rəsmi ifadəsində desə ki, Gəncəni vurmaq əmrini, hərbi-texniki dəstəyi “İvan”dan almışam, o zaman Rusiya bu işin altından necə çıxacaq? Yaxud Vardanyan Kremldən aldığı tapşırıqlardan, “yuyub-təmizlədiyi” pulların yerini, “yuma mexanizmləri”ndən danışsa, bu, hansı nəticələr doğuracaq? Həbs olunan “generallar” hansı Rusiya generalının əmrində olduqlarını ötsələr, nələr baş verəcək? Məncə, yaxın günlərdə hamımız hər axşam AZTV-nin ekranı qarşısında olub maraqlı etiraflar dinləyəcəyik.

Azərbaycan dövləti çox uğurlu, amma hələ də təhlükələr olan dövrünü yaşayır, amma əminəm ki, bu imtahanlardan da uğurla çıxacağıq”./teleqraf.com