​Arayik Arutyunyan bu maddələrlə İTTİHAM OLUNUR

​Arayik Arutyunyan bu maddələrlə
11:28 05.10.2023
129 Siyasət
A- A+

Qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” olmuş Arayik Arutyunyanın hansı cinayətlərdə ittiham olunduğu məlum olub.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, cari il oktyabrın 3-də Arayik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.