Bakı Slavyan Universitetinin (BSU) 2023/2024-cü tədris ili üzrə ilk Elmi Şurasının genişləndirilmiş iclasında ali məktəbin bütün əməkdaşlarının əməkhaqqının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.
Belə ki, qərar müvafiq olaraq, inzibati, tədris köməkçi və xidmətedici heyətlər, həmçinin, professor-müəllim heyəti olmaqla, universitetin şöbə, mərkəz və bölmələrində çalışan əməkdaşların hər birinə şamil olunur.
Bununla da universitetin 800-dən çox əməkdaşının vəzifə maaşı artır.
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi sahəsində ölkəmizdə səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi istiqamətində sosial-iqtisadi siyasət uğurla aparılır.
Buna müvafiq olaraq, BSU-da bu sahədə davamlı işlər həyata keçirilir.//trend