Kürdəmirdə qadın əri tərəfindən fiziki zorakılığa məruz qalıb.
Sulh.info.az lent.az-a istinadən xəbər verir ki, zərərçəkmiş V. H. həyat yoldaşının onu mütəmadi döyməsi ilə bağlı polisə müraciət edib.
O, müraciətində dəfələrlə döyüldüyünü, şiddətə məruz qaldığını dilə gətirib. Nəticədə qadın həyat yoldaşından gördüyü işgəncələrə artıq tab gətirməyərək hüquqi yola əl atıb. O, azyaşlı övladları ilə birgə evdən qaçıb. Polisə sığınan qadın sığınacağa yerləşdirilməsini istəyib.
Polis dərhal məsələ ilə bağlı araşdırmaya başlayıb və həmin ailə xüsusi nəzarətə götürülüb.
Ana və 3 övladı sığınacağa yerləşdirilib.
Anaya şiddət göstərən kişi ilə bağlı isə araşdırmalara başlanıb.