​TƏCİLİ! İlham Əliyevin Paşinyanla növbəti görüşünün yeri və tarixi AÇIQLANDI - RƏSMİ

​TƏCİLİ!
12:31 06.10.2023
192 Siyasət
A- A+

Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşdə iştirak etmək barədə razılığa gəliblər.

Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.

“Oktyabrın sonunda hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim və hər iki lider bu görüşə gəlməyə razılıq verdilər. Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün çox iş görmək niyyətindəyik”, - Avropa Şurasının rəhbəri bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında əvvəlki görüş iyulun 15-də Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə baş tutub.