​Qusarda “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsi icra edilib

​Qusarda “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsi icra edilib
11:58 24.06.2024
2335 Layihə
A- A+

 21 iyun 2024-cü il tarixində “Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyi, Qusar rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsini icra etmişdir.

 20 nəfər mikro, kiçik və orta sahibkarın cəlb olunduğu məlumatlandırma təlimində Qusar rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsinin baş məsləhətçisi Zeynal Əskərov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı  Agentliyinin Qusar rayonu üzrə KOB dostu Emin Orucov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-İxracın təşviqi departamentinin ixrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Əli Babayev və Rüstəm Oruclu, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.azexport.az portalının rəhbəri Ayxan Qədəşov iştirak edirdi.

Qusar rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsinin baş məsləhətçisi Zeynal Əskərov sahibkarları salamlayaraq tədbirin təşkilatçıları, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə regionda sahibkarlığın inkişafına göstərilən dövlət xidmətləri və regionda sürətlə inkişaf edən kənd təsərrüfatının meyvəçilik sektorunun ixraca təsirləri haqqında geniş məlumat verdi. Sonra söz Marketinq Fəaliyyətinin İnkişafına Dəstək  İctimai Birliyinin sədri, layihənin rəhbəri Sənan Yəhyaya verildi.

Layihə rəhbəri Sənan Yəhya sahibkarları salamlayaraq  layihənin məqsədi haqqında qısa məlumat verdi: Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması və ixracın genişləndirilməsi istiqamətində yaradılan dövlət xidmətləri və onların əlçatanlığı haqqında sahibkarların kompleks məlumatlandırılmasıdır.

Sonra Sənan Yəhya sözü İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin azexport.az portalının rəhbəri Ayxan Qədəşova verdi. Ayxan Qədəşov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Vahid İxrac Ərizəsi, Sərbəst Satış Sertifikatının alınması haqqında geniş məlumat verdi azexport.az portalı və “Amazon”, “Ebay” “Alibaba” kimi beynəlxalq elektron ticarət platformalarında məhsul yerləşdirmə imkanları, “Payoneer” beynəlxalq ödəniş sistemindən istifadəyə dair zəruri məlumatları praktik nümunələri sahibkarların diqqətinə çatdırdı. Bundan əlavə, qeyd etdi ki, rəqəmsal satış ,xüsusilə gənclərin biznes fəaliyyətinə başlamasında unikal imkanlar yaradır və sahibkarları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin azexport.az portalı ilə əməkdaşlıq etməyə dəvət etdi.

Məlumat verilən modullar haqqında daha geniş informasiya  və ya praktik rəqəmsal ixrac qaydalarını öyrənmək istəyənlərə İİTKM-nin mütəxəssisləri tərəfindən təlimlərə dəvət ediləcəyi haqqında məlumat verdi.

Sonra söz İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-İxracın təşviqi departamentinin ixrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Əli Babayevə verildi.

Əli Babayev qeyd etdi ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edildiyini və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi olaraq təsdiqlənmişdir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin əsas məqsədi xarici investisiyaları Azərbaycan iqtisadiyyatına cəlb olunması, xarici bazar araşdırmaları, xarici sərgilərdə iştirak, Made in Azerbaijan” brendi, sertifikatların alınması üçün müraciət qaydalar haqqında təqdimatla çıxış etdi. Eyni zamanda, qeyd etdi ki, Azərbaycan Respublikasında və ya digər xarici ölkələrdə fəaliyyət göstərən sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün Agentliyin xidmətləri rəqəmsallaşdırılmaqdadır. O sahibkarları Agentliyin xidmətlərindən faydalanmağa çağırdı və verilən sualları cavablandırdı.

Eyni zamanda xarici bazar araşdırmaları həyata keçirmək istəyən sahibkarları AZPROMA-nın ixrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Rüstəm Oruclu ilə əlaqə saxlamağı tövsiyyə etdi.

Təlimin sonunda Sənan Yəhya sahibkarları tədbirdə iştiraka görə təşəkkür etdi və gələcəkdə ixrac fəaliyyətində marağı olan sahibkarlara informasiya dəstəyi verəcəklərinə və digər dövlət qrumları ilə əlaqələndirmələri həyata keçirəcəklərini bəyan etdi.