​Silahlı Qüvvələr gününə həsr olunan Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirilib

​Silahlı Qüvvələr gününə həsr olunan Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirilib
20:47 24.06.2024
954 İdman
A- A+

Bu gün Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə 200-dən çox idmançının yer aldığı Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş Açıq Bakı Turniri keçirilib.

Azərbaycan Respublikasının və Braziliya Federativ Respublikasının dövlət himnlərinin səsləndirilməsilə start götürən turnirdə İctimai Birliyin prezidenti Aqil Acalov açılış nitqilə qonaqları salamlayıb. O, çıxışında günün önəmi ilə bağlı qısa məlumat verməklə yanaşı, fəaliyyətləri boyu əsas qayələrinin vətənpərvərliyin təbliği olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təsisçisi, Azərbaycanda Braziliya Ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənov söz alaraq qonaqları salamlayıb və bütün iştirakçılara uğurlar arzulayıb.

İctimai Birliyin sədri Fuad Kərimov isə nitqi zamanı bu idman növünün perspektivlərindən danışıb. Sonda Kərimov sözü Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenegroya verib.

Səfir çıxışında bu idman növünün Azərbaycan və Braziliya arasında ortaq dəyərlərin formalaşdırmasındakı rolunu önəmli sataraq ölkələrarası münasibətlərin hərtərəfli və sıx olmasından məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə idmançıların yer aldığı turnirin sonunda qaliblər müvafiq nominasiyalar üzrə diplom və medallarla təltif olunub.