​Gəncə, Göygöl və Lerikdə “Qadın Təşəbbüs Qrupları” siyasət sənədlərinin yazılmasını başa çatdırıblar

​Gəncə, Göygöl və Lerikdə “Qadın Təşəbbüs Qrupları” siyasət sənədlərinin yazılmasını başa çatdırıblar
10:33 15.08.2024
3900 Layihə
A- A+

 Gəncə şəhəri, Göygöl və Lerik rayonlarında yaradılmış “Qadın Təşəbbüs Qrupları” üzvlərinin iştirakı və layihə ekspertinin mentorluğu ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 1.4; 4.5; 5.3;  hədəflərinə uyğun olaraq araşdırmalar apararaq aidiyyatlı qurumlara təqdim etmk üçün siyasət sənədləri hazırlanmışdır. Siyasət sənədlərinin hazırlanmasında əsas məqsəd mövcud qanunvericilikdə olan boşluqların doldurulması üçün qanunlara əlavə və dəyişikliklərin edilməsi, tədris proqramlarına əlavələr edilməsi üçün aidiyyatlı qurumlara təkliflərin verilməsidir.

Gəncə Qadın Təşəbbüs qrupu “Əlilliyi olan şəxslərin səlahiyyətlərinin artırılması: Azərbaycanda əlilliyi olanlar üçün bərabər çıxışın və iqtisadi imkanların təmin edilməsi”, Göygöl Qadın Təşəbbüs qrupu  “Reproduktiv Sağlamlıq üzrə Maarifləndirmə və Qanunvericiliyin Təkmilləşdirilməsi: Təcili Problemlərin həlli və hərtərəfli rifahın təmin edilməsi”, Lerik Qadın Təşəbbüs qrupu "Maneələrin aradan qaldırılması: Əlilliyi olanlar üçün Təhsildə Bərabərlik və Əlçatanlığın əldə edilməsinə Kompleks yanaşma" adlı sənədlər artıq ictimai müzakirəyə çıxarılmışdır.

“Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf proqramının icra etdiyi “Azərbaycanda İnnovasiya Əsaslı və Dayanıqlı Vətəndaş Cəmiyyətinin İnkişafı” layihəsi çərçivəsində  GenderLAB MMC tərəfindən həyata keçirilir.