​“Qərbi azərbaycanlılara qarşı kütləvi qırğınlar” adlı video-çarxın təqdimatı olub

​“Qərbi azərbaycanlılara qarşı kütləvi qırğınlar” adlı video-çarxın təqdimatı olub
01:30 25.10.2024
285 Siyasət
A- A+

Oktyabrın 24-də Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Qərbi azərbaycanlılara qarşı kütləvi qırğınlar” layihəsi çərçivəsində eyni adlı video-çarxın təqdimatını keçirib.

Tədbirin açılışında söz verilən layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Eldəniz Salmanov layihənin zəruriliyindən və dünya ictimaiyyətinə çatdırılması baxımından belə layihələrin davamlı şəkildə keçirilməsinin əhəmiyyətindən bəhs edib. Eldəniz Salmanov hazırlanan video-çarxın sosial şəbəkələrdə yayılması və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün layihə iştirakçılarını və tələbələri fəal olmağa çağırıb. O, çıxışının sonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə layihələrin həyata keçirilməsində göstərdiyi dəstəyə və video-çarxın hazırlanmasına görə Yeni Çağ Media qrupuna öz təşəkkürünü bildirib. Layihə rəhbərinin çıxışından sonra video-çarxın təqdimatı olub.

Sonra çıxış üçün söz millət vəkili Musa Quliyevə verilib. Musa Quliyev layihə iştirakçılarını salamladıqdan sonra video-çarxın hazırlanmasında həm tarixi faktlardan, həm də soyqırımının canlı şahidlərinin ifadəsindən istifadə edilməsinin çox maraqlı məlumatlar olduğunu qeyd edib. Musa müəllim çıxışında qeyd edib ki, özü də Qərbi Azərbaycanın Zəngəzur mahalında dünyaya gəlib və bu hadisələrin canlı şahididir.  Qərbi Azərbaycan torpaqlarının mərhələli şəkildə işğalı və Azərbaycan türklərinin kütləvi şəkildə öz doğma yurdlarından sürgün edilməsi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirin sonunda belə layihələri həyata keçirməyin olduqca zəruri olduğunu qeyd edən millət vəkili QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.