​"Başqalarının ərazisini ələ keçirmək planımız yoxdur"- Paşinyan

​
13:15 25.10.2021
326 Dünya
A- A+

"Ermənistan silahlı qüvvələrini təcavüz üçün deyil, aqressiyadan qorunmaq üçün inkişaf etdirib islahatlar aparacaq".

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci ilin büdcə layihəsini təqdim edərkən deyib.

Paşinyan hesab edir ki, bu bölgədə kommunikasiyanın bərpası, blokadanın açılması Ermənistan iqtisadiyyatının məzmununu və strukturunu keyfiyyətcə dəyişə, uzunmüddətli inklüziv iqtisadi artımı təmin edə bilər.