Sudanda Suverenlik Şurasının sədri general Burhan ölkədə fövqəladə vəziyyət elan edib.
SÜLH.İNFO.az xəbər verir ki, general Suverenlik Şurasının və hökumətin ləğv edildiyini elan edib. Burhan bəyan edib ki, ölkədə seçkilər əvvəlcədən razılaşdırıldığı kimi 2023-cü ildə həyata keçiriləcək.
Qeyd edək ki, bu gün Sudanda Baş nazir Abdullah Hamduk də daxil olmaqla 4 nazir qaçırılıb. Hərbçilər çevriliş etdiklərini elan ediblər.