Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SÜLH.İNFO.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib. 25 655 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 5 117 481 test icra olunub.