​“Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ

​“Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” -
18:42 25.10.2021
338 Toplum
A- A+

“Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə - şüşələrinə, kuzaya bayraq vurula bilməz”.

 

SÜLH.İNFO.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

“Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur”,-deyə şöbə rəisi daha sonra aşağıdakı fikirləri əlavə edib:

“Nəqliyyat vasitələrində vurulan bayraq pərdə, günlük kimi istifadə olunmamalıdır. O, bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür.

“Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanuna görə, dövlət bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzalarına bayraq vurulması ilə bağlı qeyd yoxdur.

Nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırılmalıdır ki, yollarda narahatlıq yaranmasın”.