Bakının az qala bütün qəsəbələri üzrə gedən geniışmiqyaslı tikinti işləri son illər köhnə, istismar müddəti bitmiş, qəzalı binaların da sökülməsi və onların sayının azalması ilə nəticələnib. Lakin hələ də şəhərimizdə öz istismar dövrünü başa vurmuş və sökülmə növbəsini gözləyən binalar var və belə binaların sayı 100-dən artıqdır. Bəs sovet hakimiyyəti dövründə uzunmüddətli yaşayışa hesablanmayan və bir neçə ildir istismar müddəti bitmiş binalar nə vaxt söküləcək?
SÜLH.İNFO.az xəbər verir ki, 1963-cü ildə istifadəyə verilmiş, "Xruşov" layihəli bu bina kimi şəhərdə 100-dən artıq bina öz istismar dövrünü başa vurub. Elə sakinlər də illər əvvəl tikilmiş bu binaların verdiyi narahatlıqdan şikayət edirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə təsdiqləyib ki, müəyyən məhdud müddətdə istifadə üçün nəzərdə tutulmuş və hazırda yaşı ən azı 60-ı ötmüş binalar bir çox parametrlərinə görə normal yaşayış standartlarına cavab vermir.