​DSMF Əkrəm Həsənovun şirkəti ilə yeni müqavilə BAĞLADI

​DSMF Əkrəm Həsənovun şirkəti ilə yeni müqavilə
12:15 26.10.2021
236 Toplum
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialı pensiya, sosial sığorta və sosial müavinət məsələləri ilə bağlı bütün instansiyalarda məhkəmə işləri üzrə hüquqi təmsilçilik və dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

SÜLH.İNFO.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Əkrəm Həsənov və Partnyorları" MMC-dir.

Qalib şirkətə 160,8 min manat ödəniləcək.

Xatırladaq ki, hüquqşünas Ə.Həsənovun şirkəti ötən il də DSMF-nin bu tenderinin qalibi olub. Həmin vaxt ona 45,2 min manat ödənilmişdi.