SÜLH.İNFO.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində baş verib.
Belə ki, hərəkətdə olan ağır tonnajlı yük avtomobili (TIR) Qaradağ Rayon Baş Polis İdarəsinin yaxınlığında yol kənarındakı obyektə çırpılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında qeydə alınıb:
“Lökbatan qəsəbəsində ağır tonnajlı yük avtomobili hərəkətdə olarkən maneəyə çırpılıb. Sürücünün xəsarət aldığı bildirilib. Hadisə yerinə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə barədə araşdırılma aparılır, yekun nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.
İlkin məlumatlara görə, qəza nəticəsində ölən yoxdur.