Bu il Azərbaycanın nominal ümumi daxili məhsulu (ÜDM) 52,6 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.
SÜLH.İNFO “Report”- a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib.
Məlumata görə, bu, ötən ilin faktiki göstəricisi ilə müqayisədə 23,5 % çoxdur.
Sənədə əsasən, bu göstərici 2022-ci ildə artaraq 54,7 milyard ABŞ dollara çatması gözlənilir.