​Azəriqaz İB-nin baş direktorundan növbəti addım

​Azəriqaz İB-nin baş direktorundan
17:29 19.10.2021
417 Ölkə
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media ilə əlaqələrin daha səmərəli və daha məhsuldar qurulması üçün “Açıq qapı” aksiyasına start verir.

 

SÜLH.İNFO xəbər verir ki, "Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, hər həftənin 5-ci günü, saat 10:00-dan 12:00-a qədər istənilən mətbuat nümayəndəsinə suallarına cavab almaq imkanı yaradılacaq.

Burada əsas məqsəd, yanlış məlumatların cəmiyyətə inteqrasiyasının qarşısını almaq, ictimai fikrin çaşdırılmasına imkan verməməkdir.

Baş direktor bildirib ki, dəqiqləşdirilməmiş, heç bir fakta söykənməyən xəbərlərin dövriyyəyə buraxılması olduqca təhlükəli tendensiyadır və jurnalistikanın qızıl qaydalarına tamamilə ziddir: "Təəccüblü olan budur ki, dezinformasiyaları dövriyyəyə buraxanlar, üstəlik buna açıqlama da istəyirlər. Və yalnış xəbərlərə verilən istənilən cavabın təhrif olunması, konteksdən çıxarılma ehtimalı da olduqca böyük olur. Nəticə etibarilə bütün bunlar yanlış təsəvvürün formalaşmasına xidmət edir”.

Artıq bu həftənin 5-ci günündən baş tutacaq “Açıq qapı” adına adekvat olaraq hər bir media nümayəndəsinin üzünə açıq olacaq. Aksiya “Azəriqaz”ın inzibati binasında təşkil olunacaq.