​Azərbaycan növbəti 5 erməni hərbçini qaytardı

​Azərbaycan növbəti 5 erməni hərbçini
19:43 19.10.2021
392 Ölkə
A- A+

Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytarıb.

SÜLH.İNFO xəbər verir ki, general Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçuş həyata keçirib.

Məlumata əsasən, general Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini Ermənistana aparıb.

Bildirilib ki, Muradova təhvil verilən ermənilərin ikisi 27 may 2021-ci ildə Kəlbəcərdə Azərbaycan ərazisinə girmək istəyərkən saxlanılan hərbçilərdir.