​Azərbaycan Müdafiə Naziri NATO nümayəndəsi ilə nəyi müzakirə etdi?

​Azərbaycan Müdafiə Naziri NATO nümayəndəsi ilə
20:00 19.10.2021
441 Hərbi
A- A+

Müdafiə naziri Zakir Həsənov bu gün Azərbaycan səfərdə olan NATO Baş Katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Javier Colomina-nın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə naziri İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusu tərəfindən görülən işlər və Azərbaycan dövlət sərhədində "hazırkı vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verib", Azərbaycan MN-in məlumatında deyilib.

"General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən, əməkdaşlıq sahəsində əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb."

Javier Colomina "bölgədə sülhün təmin olunması istiqamətində NATO-nun müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib", Azərbaycan MN-i bildirib.

Məlumatda konkret hansı dəstəyin nəzərdə tutulması barədə detallar açıqlanmayıb.

Görüşdə həmçinin postmüharibə şəraiti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 

Javier Colomina Azərbaycandan sonra Ermənistan və Gürcüstana gedəcək.