​TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır

​TAP qaz qiymətlərinin artımının
20:40 19.10.2021
795 Layihə
A- A+

Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik qaz kəməri (TAP) qaz qiymətlərinin artımının qismən qarşısını alır.

 

SÜLH.İNFO Trend-ə istinadən bildirir ki, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, Avropada təbii qazın qiymətlərinin kəskin artımı sistemli xarakter daşıyır: "Asiyada, xüsusən Çində istehlakın artması, Avropada hasilatın azalması və pandemiyadan sonra tələbin artması burada rol oynayır. TAP artıq 5 milyard kubmetr qaz nəql edib ki, bu da İtaliyaya və Avropaya tədarükün təhlükəsizliyinə kömək edib. TAP-a qədər İtaliya qaza görə Mərkəzi və Şimali Avropa ölkələrindən daha çox ödəyirdi. İndi isə fərq sıfıra bərabərdir".

L.Skyeppati qeyd edib ki, TAP İtaliyanın milli istehlakının 10-11 faizinə bərabər həcmdə qaz nəql edir:

"Hazırkı vəziyyətdə TAP qiymət artımının qarşısını qismən ala bilir. Eyni infrastrukturu istifadə etməklə, TAP qaz və hidrogen qarışığını nəql edə və bununla da təmiz enerjiyə keçiddə fəal iştirak edə bilər".