Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.
SÜLH.İNFO “Report"un Şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə Tasmalı kəndində qeydə alınıb.
Kənd sakinləri 47 yaşlı Mübariz Qasımov, övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər.
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildikdən sonra, vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə çatdırılıblar.
Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.