​Millət vəkili şəhid mayorun anası ilə görüşdü

​Millət vəkili şəhid mayorun anası ilə
11:59 03.11.2021
226 Toplum
A- A+

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi Rahib Babayevin ailəsi ilə görüşüb.

SÜLH.İNFO.az  xəbər verir ki, Q.Paşayeva şəhid zabitin anasını, həyat yoldaşını dinləyib, onların qayğıları ilə maraqlanıb.

Şəhid mayorun ailə üzvləri onun döyüş yolu, həyatı haqqında danışıb, xatirələrini bölüşüb.

Q.Paşayeva şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Rahib Bəxtiyar oğlu Babayev (19.06.1985, Külüs, Şahbuz – 30.09.2020, Kəlbəcər) orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi "N" saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olub.

Mayor Rahib Babayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərib. “Canavar” postunun alınması zamanı şəhid olub, oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.