Azərbaycan Hərbi Hava Qüvvələri 44 günlük Vətən müharibəsi dövründə SU-25 qırıcı təyyarələrindən yeni növ bombalarla atəş açıb.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov İTV-nin efirində yayımlanmış “Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə deyib.
“Həmin bombalar bizə dəqiq zərbələr endirməyə imkan verirdi. Müharibədən öncə bizə deyirdilər ki, eyni yerə iki dəfə bomba ilə zərbə endirmək olmaz. Biz isə göstərdik ki, eyni yerə iki dəfə bomba ilə zərbə endirmək mümkündür”, - deyə Ramiz Tahirov əlavə edib.