​Bu gecəyarı planetlərin paradı olacaq

​Bu gecəyarı planetlərin paradı
21:20 03.06.2022
741 Maraqlı
A- A+
Bu gecə səmada möhtəşəm mənzərəni qaçırmayın: Adi gözlə beş planeti yanaşı görmək mümkün olacaq.
 
Merkuri, Venera, Mars, Yupiter və Saturn bir sıraya düzüləcək. Astronomik hadisə zamanı beş planet sağdan-sola Günəş sistemində yerləşdikləri ardıcıllıqla görünəcək. Bunu hətta adi gözlə müşahidə etmək mümkün olacaq.
 
“Planetlərin paradı” adlanan hadisəni xüsusən iyunun 3 və 4-də sübhdən yarım saat əvvəl müşahidə etmək tövsiyə olunur - bu dövrdə Merkuri ilə Saturn arasındakı məsafə minimal olacaq.
 
İyunun 24-də isə Venera ilə Mars arasında Ay müşahidə olunacaq.
 
Qeyd edək ki, planetlərin belə düzülüşü 2004-cü ildən bəri ilk dəfə müşahidə olunacaq.