​Ərdoğan Stoltenberqlə danışıqlar apardı

​Ərdoğan Stoltenberqlə danışıqlar
23:40 03.06.2022
234 Dünya
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

SÜLH.İNFO.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığında İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyi müzakirə olunub.

Ərdoğan İsveç və Finlandiyanın üzvlük tələbləri ilə bağlı Türkiyənin təhlükəsizlik narahatlıqlarının ədalətli və qanuni əsaslara söykəndiyini bildirib.

O vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidirlər.