​Banqladeşdəki yanğında ölənlərin sayı 25 nəfərə çatıb

​Banqladeşdəki yanğında ölənlərin sayı
09:00 05.06.2022
261 Dünya
A- A+

Banqladeşin Çittaqonq şəhərinin ətrafında yerləşən konteyner anbarında baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.

Bunu Banqladeşin Səhiyyə Departamentinin direktoru Həsən Şəhriyar deyib.

“Yanğın nəticəsində 5-i yanğınsöndürən olmaqla 25 nəfər həlak olub. Ölənlərin sayının artacağı gözlənilir. 450-dən çox insan xəsarət alıb”, - o deyib.

Qeyd edək ki, yanğın şənbə günü yerli vaxtla axşam saat 9 radələrində başlayıb və gecə yarısı anbarda güclü partlayış olub. Partlayışdan sonra yanğın sürətlə yayılıb. Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin şüşələri sınıb.