​Oğurluq edən şəxsin maşınından narkotik tapıldı

​Oğurluq edən şəxsin maşınından
12:00 06.06.2022
253 Hadisə
A- A+

Yasamal RPİ 26-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 4-də Bakı şəhər sakini M.İsmayılovun içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılıb.

Bu barədə SÜLH.İNFO.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı oradan heroin və metamfetamin də aşkar edilərək götürülüb.