​“Azərişıq” ödənişləri ilə bağlı YENİLİK

​“Azərişıq” ödənişləri ilə bağlı
13:40 06.06.2022
252 Toplum
A- A+

"Abonentlərə geniş tarixçənin verilməsi xidmətinin onlayn olması onlara aylıq, illik hesabatlarını özlərinin görməsinə şərait yaradacaq".

SÜLH.İNFO.az xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov deyib.

O bildirib ki, bununla da bəzən abonentlər ödənişlərin sistemə oturub-oturmaması ilə bağlı ardıcıllığı görə biləcəklər.

"Eyni zamanda elektron portalda onlayn müraciət və müqavilələrin imzalanması da həyata keçiriləcək. Abonentlər “ASAN imza” vasitəsilə müqavilələrinin imzalanmasını həyata keçirə bilərlər" - deyə Q.Həmidov qeyd edib.