​"Land Rover" "KamAZ"la toqquşdu - Ölən var

​
12:40 07.06.2022
256 Hadisə
A- A+

İyunun 6-da sat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

DİN-dən SÜLH.İNFO.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Eyvazov ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.