​İrəvanda KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək

​İrəvanda KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası
15:40 07.06.2022
252 Dünya
A- A+

İyunun 10-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə KTMT-nin baş katibi Stanislav Zasın iştirak edəcəyi KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

SÜLH.İNFO.az  xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik departamentlərin rəhbərləri beynəlxalq və regional təhlükəsizliyin vəziyyətini və onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.