​BMT baş katibi: "Qarşıdakı aylar beynəlxalq aləm üçün sınaq olacaq"

​BMT baş katibi:
20:00 07.06.2022
233 Dünya
A- A+

Ukrayna böhranı, iqlim dəyişikliyi ilə mübarizə, koronavirus pandemiyası beynəlxalq aləmi yaxın aylarda sınaqdan keçirəcək.

SÜLH.İNFO.az  TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş Baş Assambleyanın iclasında deyib.

"Dünya indi təhlükə ilə üz-üzədir. Ukraynadakı müharibədən iqlim dəyişikliyi böhranının dərinləşən təsirinə, pandemiyadan humanitar ehtiyaclara, aclıq və yoxsulluğa qədər, qarşıdan gələn aylar beynəlxalq sistemi sınaqdan keçirəcək", - Quterreş bildirib.

Onun sözlərinə görə, BMT Baş Assambleyası dünya birliyinin fəaliyyətində mərkəzi yer tutur.