​Elşad Abdullayevin ermənilərlə işbirliyi üzə çıxdı - FOTO

​Elşad Abdullayevin ermənilərlə işbirliyi üzə çıxdı
23:00 07.06.2022
242 Hadisə
A- A+

Azərbaycandan qaçaraq Fransaya sığınan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin oğlunun Moskvada ermənilərlə əməkdaşlığı üzə çıxıb.

SÜLH.İNFO.az xəbər verir ki, Elşad Abdullayevin oğlu Elşən Abdullayev qanunsuz yollarla Moskvad ikili vətəndaşlıq alıb. Hal hazırda orada məskunlaşır və ailəsindən ayrı yaşayır. Elşad Abdullayevin oğlu evli deyil və rəsmi olaraq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub.
Azinform.az-ın əldə etdiyi materiallardan aydın olur ki, Elşən Abdullayev Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızı arasında notarial qaydada borc müqaviləsi imzalanıb. MÜqaviləyə əsasən erməni qızına 4.5 milyon rus rublu civarında pul ödənib. Müqavilə şərtlərinə əsasən Sarkisyanın qızı bu pulu istənilən məqsədlər üçün xərcləyəcəyi mümkün hesab edilir.
Azərbaycanda onlarla cinayət törədib ölkədən qaçmağa nail olan Elşad Abdullayev hal-hazırda Fransada yaşasa da oğlu vasitəsilə yenə də ermənilərlə əməkdaşlığını davam etdirir.
Bu əməkdaşlığı sübut edən fotofaktı sizə təqdim edirik: