​Bakıda kişiyə qarşı soyğunçuluq - 8 min pulu əlindən alındı

​Bakıda kişiyə qarşı soyğunçuluq -
12:00 08.06.2022
232 Hadisə
A- A+

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə iyunun 2-də M.Rüstəmov küçəsində paytaxt sakini S.Qəhrəmanovun 8330 manat pulunun soyğunçuluq yolu ilə əlindən alınması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.