​"Brent" 124 dolları ÖTÜB

​
19:20 08.06.2022
A- A+

"Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 124 dolları ötüb.

SÜLH.İNFO. az "TASS"a istinadən xəbər verir ki. saat 20:30 üçun (Bakı vaxtı) bahalaşma 2,34 faizə qədər azalıb və "Brent" markalı neft 123,39 dollar/barel səviyyəsində alınıb-satılıb.

Son dəfə "Brent" markalı neftin qiyməti martın 9-u 124 dollardan artıq olub.

"WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 2,17 faiz artaraq 122 dollar/barel təşkil edib.