​Şəmkirdə gənc oğlan bıçaqlanıb

​Şəmkirdə gənc oğlan
22:00 08.06.2022
234 Hadisə
A- A+

Şəmkirdə bıçaqlanma olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb. Rayon sakini, 2001-ci il təvəllüdlü M.Hacıyev mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.