"Bakı Banklararsı Valyuta Birjası" QSC (BBVB) ləğv olunduğunu elan edib.
SÜLH.İNFO.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 (“Winter Park Plaza” iş mərkəzi, 304-cü otaq) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, BBVB 1993-cü ilin iyul ayında yaradılıb, 2015-ci ilin iyun ayında, Azərbaycan manatının ilk devalvasiyasından sonra fəaliyyətini dayandırıb. Banklar arasında valyuta alqı-satqısı açıq bazarda həyata keçirilib.