​Sergey Lavrov Ermənistanda səfərdədir

​Sergey Lavrov Ermənistanda
23:40 08.06.2022
233 Dünya
A- A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir.

Məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, S.Lavrov iyunun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan, iyunun 9-da isə xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, iyunun 9-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı olacaq.

Xatırladaq ki, rusiyalı nazir iyunun 8-də Türkiyədə səfərdə olub, oradan Ermənistana gedib.