​İranda daha bir bina çökdü - Ölənlər var

​İranda daha bir bina çökdü -
14:20 09.06.2022
238 Dünya
A- A+

Bu gün səhər saatlarında İranın qərbində yerləşən Kirmanşah vilayətində Nosud şəhərində 4 mərtəbəli bina çöküb.

SÜLH.İNFO.az xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə nəticəsində indiyədək 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

O əlavə edib ki, hadisə yerinə 4 ədəd təcili yardım maşını və bir ədəd vertolyot ezam olunub.

Hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, 23 mayda İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində 41 nəfər ölüb.